- Baxış sayı: 41
- 06 Oktyabr 2024 23:13
- Baxış sayı: 93
- Oktyabr 06, 2024
- 0
Türkiyənin “Konyaspor” komandasında oynayan millimizin yetirməsi Mahir Əmrəli “Qalatasaray”la keçirəcəkləri oyunla bağlı danışıb.
Allsport.az xəbər verir ki, hücumçu bu sözləri deyib: “Taktiki məşqlər edirik. Rəqibimizə uyğun hazırlaşırıq. Qabaqcadan ağır məşqlər keçirdik. Rəqibimizi tanıyırıq. Onlar liqa da birinci yerdədilər, çox yaxşı futbol oynayırlar, uğurlu qələbə seriyası əldə ediblər. İnanıram ki, bu uğuru biz dayandıracağıq. Bəzi anlar olur, sağ cinahda daha rahat oynayırsan, bəzən də hücumda. Təbii ki, burada məşqçinin səni hansı mövqedə gördüyü daha vacibdir. Komandam üçün əlimdən gələni etməyə çalışacağam”.