- Baxış sayı: 14
- 14 Noyabr 2025 21:29
- Baxış sayı: 289
- Noyabr 13, 2025
- 0

Cari premyer liqada 50-ci qol vurulub. Allsport.az saytı xəbər verir ki, bu, 6-cı turun “Qarabağ” – “Sumqayıt” oyununa təsadüf edib. Matçın 65-ci dəqiqəsində hesabı 3:1-ə çatdıran Mahir Mədətov mövsümün yubiley topunun müəllifi olub. 50-ci qol çempionatın 20-ci qarşılaşmasına təsadüf edib.
Maraqlıdır ki, mövsümün ilk qolunun da müəllifi Mahir olub. Avqustun 11-də “Neftçi” ilə səfər oyununun 15-ci dəqiqəsində fərqlənən Mədətov 42 gündən sonra 50-ci qola imza atıb. Ümumilikdə isə 6 turun 23 oyununda 57 qol vurulub. Orta məhsuldarlıq 2,48-ə bərabərdir.
Qeyd edək ki, bu qarşılaşmada 4:1 hesabı ilə qalib gələn mövsümün startından 5-ci, ümumilikdə isə 8-ci çempionat qələbəsini qazanıb.