- Baxış sayı: 39
- 03 Oktyabr 2024 13:34
- Baxış sayı: 96
- Sentyabr 30, 2024
- 0
Teymur Rəcəbovun 2022-ci il iddiaçılar turnirində iştirak edəcəyi barədə qərar beynəlxalq şahmat federasiyasının (FİDE) Azərbaycana münasibətinin göstəricisidir. Allsport.az xəbər verir ki, bu barədə Azərbaycan şahmat federasiyasının və FİDE-nin vitse-prezidenti Mahir Məmmədov bildirib.
O xatırladıb ki, Rəcəbov pandemiyanın ən gərgin zamanında iddiaçılar turnirində çıxış edə bilməyib, sonradan isə turnir yarımçıq dayandırılıb:
“Bu məsələ uzun müddət müzakirə edildi, gərgin müzakirələrin şahidi olduq. Rəcəbovla bağlı qərarın lehinə və əleyhinə olanlar var idi. Çalışdıq ki, şahmatçımızın hüquqlarını qoruyaq və onun Dünya Kubokunda qələbə ilə qazandığı İddiaçılar Turnirində iştirak hüququnu təmin edək. FİDE rəhbərliyi səviyyəsində açıq müzakirələr keçirildi. Sonda əksəriyyət Teymurun 2022-ci ildə keçiriləcək İddiaçılar Turnirində iştirakını dəstəklədi. FİDE təşkilatçı ölkəyə verilən vayld kart – xüsusi dəvəti Teymura təqdim etdi”.
Məmmədovun sözlərinə görə, gərgin müzakirələrdə Azərbaycanın mövqeyini FİDE prezidenti Arkadi Dvorkoviç də dəstəkləyib: “FİDE prezidenti bizi tək qoymadı. Onun daim mənimlə ünsiyyətdə olmasını və Azərbaycanın mövqeyini dəstəkləməsini qeyd etməyə bilmərəm. Ali şahmat qurumunun qərarı Azərbaycanın şahmat dünyasındakı nüfuzunu göstərir. FİDE daim Azərbaycanda şahmata göstərilən qayğını dünya ölkələrinə nümunə göstərib. Azərbaycan Prezidenti cənab İlham Əliyev həmişə şahmatl xüsusi diqqətiylə əhatələyib. Teymur bu ilin əvvəlində Çempionlar Turnirində qələbə qazanandan sonra dövlət başçısı cənab İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyeva ona təbrik məktubu göndərdilər”.
AŞF rəsmisinin fikrincə, Rəcəbovun hüquqlarının bərpasında Azərbaycanın mötəbər şahmat yarışlarına daim yüksək səviyyədə təşkilatçılıq etməsi amili də xüsusi rol oynayıb: “Şahmat dünyası Azərbaycanın idman aləmində böyük qüdrətini nəzərə alaraq bu addımı atdı. İnanırıq ki, şahmatçımız mötəbər yarışa yaxşı hazırlaşacaq, turnirdə layiqincə çıxış edəcək”.