- Baxış sayı: 34
- 15 İyun 2025 21:11
- Baxış sayı: 132
- İyun 15, 2025
- 0
“Dinamo”nun baş məşqçisi Jelko Kopiç, millimizin hücumçusu Mahir Əmrəlinin ilk rəsmi qolundan da söz açıb. Allsport.az saytı xəbər verir ki, o, Xorvatiya 1-ci divizionunun 30-cu turunda səfərdə “Riyeka”ya 2:1 qalib gəldikləri matçdan sonra mətbuat konfransında bunu deyib:
“Mahir Əmrəliyə vaxt lazımdır. Lakin o, səviyyəsini indi də göstərməkdədir. Həm Mahir, həm də bu oyunda digər qolun müəllifi olan makedoniyalı Ariyan Ademi oyundan-oyuna formaya düşür”.