Mahir “Stəmford Bric”də

Zaqreb “Dinamo”su Londona yola düşüb. Allsport.az saytı xəbər verir ki, Xorvatiya klubu bu gün çempionlar liqasının qrupunun son tutunda “Çelsi” ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə gecə 00:00-da başlanacaq.

“Ağ-göylər” dünən axşam matçın keçiriləcəyi “Stəmford Bric” stadionunda məşqə çıxıb. Hazırlıqda millinin hücumçusu Mahir Əmrəli də iştirak edib.

“Dinamo” ÇL-də 1/8 finala çıxmaq imkanını tamamilə itirib və sonuncu yeri tutur. Komanda yalnız qalib gələcəyi, qrupun digər iştirakçısı “Zalsburq” səfərdə “Milan”a uduzacağı halda, Avropa liqasının pley-off mərhələsində oynamaq hüququna yiyələnəsək.

Hazırda “Çelsi” 10 xalla 1-ci, “Milan” 7 xalla 2-ci, “Zalsburq” 6 xalla 4-cü, “Dinamo” 4 xalla 4-cü yeri tutur.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish