- Baxış sayı: 69
- 07 Avqust 2023 19:20
- Baxış sayı: 135
- Sentyabr 29, 2023
- 0
Türkiyənin “Karşıyaka” klubu baş məşqçisiz qalıb. Allsport.az xəbər verir ki, komandanın baş məşqçisi Yusuf Şimşək istefa verib.
Buna səbəb onun “Antalyaspor” klubundan gələn təklifi qəbul etməsidir. Bu üzdən də hazırda “Karşıyaka” özünə yeni baş məşqçi axtarmağa başlayıb.
Qeyd edək ki, “Karşıyaka”da Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürov da çıxış edir. O, məhz Yusuf Şimşəyin istəyi ilə bu komandaya transfer olunmuşdu.