Mahmud Qurbanov: Fasilədən sonra fərqli “Səbail” gördük

“Səbail” premyer liqasının 4-cü turunda evdə “Kəpəz”i 3:1 məyus edib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Mahmud Qurbanov qələbəyə şərh verib:

“Oyuna heç də pis başlamadıq. İlk dəqiqələrdə qol epizodlarımız var idi. Amma əks-hücumdan qol buraxdıq. Bu da komandanın oyununa təsir etdi. Fasilədən sonra əvəzetmələr etdik və fərqli “Səbail” gördük.

Bundan sonra komandanın oyununda ciddi yüksəliş oldu. İlk qələbəmizi qazandıq. Komandamızdan razıyam. Futbolçularıma bu əzmkarlığı göstərdiklərinə görə təşəkkür edirəm. Qarşıdakı oyunlara baxacağıq”.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish