- Baxış sayı: 40
- 09 Oktyabr 2024 23:31
- Baxış sayı: 82
- Oktyabr 10, 2024
- 0
AFFA-nın inzibati binasında maliyyə və mühasibatlıq departamenti tərəfindən 1 və 2-ci liqa klublarının maliyyə menecerləri üçün seminar keçirilib. Allsport.az saytı xəbər verir ki, məşğələdə AFFA tərəfindən ayrılan vəsaitin şəffaf xərclənməsi, kənarlaşmalara yol verilməməsi və hesabatların vaxtında təqdim olunması mövzusunda müzakirələr aparılıb.
Həmçinin, seminarda maliyyə vəsaitinin xərclənməsinə dair tələb olunan aylıq maliyyə hesabatlarının nümunələri klub nümayəndələrinə təqdim edilib. Tədbirin sonunda klub nümayəndələri ilə departamentinin əməkdaşları arasında fikir mübadiləsi aparılıb, onların sualları cavablandırılıb.