“Mançester Siti”nin təklifi “Yuventus”a sərf etmir

“Mançester Siti” “Yuventus”dan sol cinah müdafiəçisi Andrea Kambiyasso ilə maraqlanır.

Allsport.az xəbər verir ki, şəhərkilər 24 yaşlı futbolçu üçün qarşı tərəfə 65 milyon avroluq təklif hazırlayır.

Turin klubu Andreanın satışından daha yüksək məbləğ almaq istəyir.

Kambiyasso bu mövsüm bütün turnirlərdə 25 oyun keçirib, iki qol vurub və iki məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.

Həmin kateqoriyadan