Mariya Stadnik karyerasını davam etdirəcək

Tokio-2020-də fəxri kürsüyə qalxmaqla, 4-qat olimpiya medalçı kimi adını idman tariximizə yazan Mariya Stadnik karyerasını davam etdirmək qərarına gəlib. Allsport.az xəbər verir ki, qadın güləş millinin öncülü bu barədə Dünya güləş birliyinin saytına açıqlama verib. Çoxu 33 yaşlı və 2 uşaq anası olan Maşanın karyerasını başa vuracağını gözləsə də, o, fərqli addım atıb.

Saytda qeyd olunub ki, titullu güləşçinin 2022-ci ildə ilk hansı yarışa qatılacağı bəlli olmasa da, martın 28-dən aprelin 3-dək Macarıstan paytaxtı Budapeştdə Avropa çempionatında iştirakı gözlənilir.

Mariya Stadnik London-2012 və Rio-2016-nın gümüş, Pekin-2008 və Tokio-2020-nin bürünc medalçısı olmaqla yanaşı, 2-qat dünya və 8-qat Avropa çempionu, Avropa oyunlarının 2-qat qalibi və İslam həmrəyliyi oyunlarının qızıl mükafatçısıdır.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish