Mariya Stadnik: Yalnız ilk görüşdə psixoloji təzyiq hiss etdim

“Övladlarım ilk dəfə tribunada mənim mübarizəmi izlədilər. Hər dəfə döşək üzərinə çıxanda övladlarım məni qələbəyə səsləyiblər. Qızım dedi: Ana 1,5 saat gözlədim ki, çıxıb mübarizə aparacaqsan. Sən isə çox qısa zamanda qalib gəldin. Ona görə də finalda nisbətən çox güləşdim ki, qızım narazı qalmasın”.

Allsport.az saytı xəbər verir ki, bunu Konya-2021 İslam oyunlarında qadın güləşində qızıl medal qazanan Mariya Stadnik (48 kq) deyib.

Uzun fasilədən sonra xalçaya qayıdan lider idmançı, yalnız ilk görüşdə psixoloji təzyiq hiss etdiyini söyləyib: “Sonradan hər şey qaydasına düşdü. Qələbəmi Azərbaycan xalqına həsr edirəm. İstərdim ki, idmandakı uğurlarımız insanlara sülh və əmin-amanlıq gətirsin”.

Titullu güləşçimiz sentyabrın 10-18-də Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatında iştirakını planlaşdırdığını bildirib: “Övladlarım mənə deyirlər ki, burada bu cür qələbələr qazanmısansa, dünya çempionatına mütləq qatılmalısan”.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish