Masallı turnirində kimlər fərqləndi?

Masallı olimpiya idman kompleksində güləş üzrə respublika turniri keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan güləş federasiyasının dəstəyi ilə baş tutan yarışda ölkənin müxtəlif şəhər və rayonlarından olan yeniyetmə sərbəst güləşçilər iştirak edib.

U-15 yaş qrupu üzrə təşkil edilən turnirdə İsa Nurullayev (32 kq, Masallı), Fərid Qasımov (35 kq, Gimnaziya), Sadiq İsmayılov (38 kq, AHİTA), Ramal Hacıyev (41 kq, Gəncə), Əli Baloğlanov (44 kq, Masallı), Zirəddin Rzayev (48 kq, Lənkəran), Mircəlal Hüseynov (52 kq, Gəncə), Ruhid İspərov (57 kq, AHİTA), Siyasət Dadaşzadə (62 kq, Lənkəran), İslam Rəcəbli (68 kq, AHİTA) və Ayxan Tağılı (75 kq, Şağan) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

200-dən artıq güləşçinin qatıldığı yarışı beynəlxalq və milli dərəcəli hakimlər idarə edib.

Həmin kateqoriyadan