Mbappe milliyə qayıdır

“Real Madrid”in futbolçusu Kilyan Mbappe mart ayında Fransa milli komandasının təlim-məşq toplanışına çağırılacaq.

Allsport.az xəbər verir ki, bu barədə “xoruzlar”ın baş məşqçisi Didye Deşam açıqlama verib.

“Kilyan martda komandada olacaq? Bəli, o, çağırılacaq. Niyə olmasınki?” – Deşam bildirib.

2024-cü ilin payızında Mbappe Fransa millisinin ardıcıl iki təlim-məşq toplanışını buraxmışdı.

Həmin kateqoriyadan