- Baxış sayı: 35
- 25 Mart 2023 11:31
- Baxış sayı: 60
- Mart 25, 2023
- 0
Azərbaycanın 1-ci vitse-prezidenti Mehriban Əliyeva yenidən Azərbaycan gimnastika federasiyasının prezidenti seçilib. Allsport.az xəbər verir ki, federasiyanın bu gün təşkil olunan hesabat-seçki xarakterli 11-ci ümumi yığıncağında keçirilən səsvermənin yekunlarına əsasən, o, növbəti 5 il müddətində quruma rəhbərlik edəcək.
Səsvermə nəticəsində Altay Həsənov federasiyanın vitse-prezidenti seçilib. Milli məclisin deputatı Rauf Əliyev, Heydər Əliyev adına idman-konsert kompleksinin direktoru Rafiq Behbudov və bədii gimnastika üzrə yığmanın baş məşqçisi Mariana Vasilyeva federasiyanın icra komitəsinin üzvü seçiliblər.