Meksika qran prisində “Red Bul“ dubl etdi, Lüis Həmilton 2-ci oldu

Formula-1 üzrə Meksika mükafat yarışına yekun vurulub. Allsport.az xəbər verir ki, dünya çempionatının 20-ci mərhələsi 4304-metrlik Mexiko trasında keçirilib.

71 dövrənin yekununda “Red Bul“dan Maks Ferstappen hamını qabaqlayıb. O, 1 saat 38:36.729 saniyə vaxt sərf edib. Növbəti pilləni bu mövsüm sabit çııxş etməyən Lüis Həmilton tutub. “Mersedes“in sürücüsü +15.186 saniyə keçikib.

İlk üçlüyü “Red Bul“un digər pilotu Serxio Peres qapayıb.

Növbəti ötüşmə 2 həftə sonra, Braziliyada olacaq. Komandalar 4309-metrlik San Paulu avtodromunda 71 dövrə vuracaqlar.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish