Messi futbol tarixinin ən yaxşısıdır

İFFHS tarixin ən yaxşı 10 futbolçusunun siyahısını dərc edib.

Allsport.az xəbər verir ki, reytinqə argentinalı Lionel Messi başçılıq edir.

İkinci yerdə əfsanəvi Pele (Braziliya) qərarlaşıb. İlk üçlüyü Dieqo Maradona (Argentina) tamamlayıb.

Portuqaliyalı hücumçu Kriştianu Ronaldu isə 4-cüdür.

İlk “10-luq”da Yohan Kroyff (Niderland), Ronaldo Nazario (Braziliya), Zinəddin Zidan (Fransa), Frans Bekkenbauer (Almaniya), Alfredo Di Stefano (İspaniya) və Ronaldinyo (Braziliya) da yer alıb.

Həmin kateqoriyadan