Messinin Qətərdə qaldığı otaq muzeyə çevriləcək

Lionel Messinin dünya çempionatında Dohada Qətər universitetinin yataqxanasında qaldığı otaq muzeyə çevriləcək.

Allsport.az saytı xəbər verir ki, Argentina millisinin ulduz futbooçusu “B201” nömrəli otaqda qalıb. Orada 2-nəfərlik çarpayı, stol, kreslo, televizor və sarı yastıqlı boz divan var. Qapının üstündə “L.Messi” yazılıb.

Argentina millisi dekabrın 18-də Qətərdə keçirilən Dünya Kubokunda qalib olub. Bundan sonra, o, bütün idman karyerasında 2-ci dəfə mundialın “ən yaxşı oyunçu”su kimi tanınıb.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish