- Baxış sayı: 19
- 06 Fevral 2025 19:24
- Baxış sayı: 114
- Fevral 05, 2025
- 0
“Barselona”nın argentinalı hücumçusu Lionel Messiyə elçi düşənlər bəlli olub. Allsport.az xəbər verir ki, 3 Avropa nəhəngi – Fransanın “Pari Sen-Jermen”, İtaliyanın “Yuventus” və “İnter” klubları onu heyətdə görmək istəyirlər.
PSJ ulduz futbolçuya böyük məbləğ təklif etməyə hazırlaşır. İtaliyada isə Messi İspaniyaya nisbətən az vergi ödəyə bilər, bu da oyunçunun öz seçiminə qalıb.
Srağagün məlum olub ki, “narıncılar” rəhbərliyi 33 yaşlı forvardın mümkün satışına icazə verib. Eyni zamanda, “Barselona” Messini saxlamağa çalışacaq. Onun klubla hazırkı müqaviləsi gələn ilin yayında başa çatır.