Metro saat 01:00-a kimi

Noyabrın 3-də keçiriləcək “Qarabağ” – “Frayburq” oyununun gec başa çatacağını nəzərə alaraq, klub Bakı metropoliteninə müraciət edib.

Allsport.az saytı xəbər verir ki, qarşı tərəf məktuba müsbət cavab verib.

Oyun günü noyabrın 3-dən 4-nə keçən gecə metronun “Gənclik”, “Nəriman Nərimanov” və “28 May” stansiyaları saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish