- Baxış sayı: 9
- 23 Yanvar 2025 13:27
- Baxış sayı: 189
- Yanvar 19, 2025
- 0
Allsport.az xəbər verir ki, “Sabah”ın futbolçusu Coy Lens Mikels Azərbaycan premyer liqasında 2022/23 mövsümündəki qol sayını 17-yə çatdırıb. O, 30-cu turun “Qarabağ”la görüşündə (2:1) vurduğu iki topla buna nail olub. 30 yaşlı almaniyalı yarımmüdafiəçi son 12 mövsümdə Azərbaycan çempionatında ən çox qol vuran avropalı legionerdir. O, 2015/16 mövsümündə “Qarabağ”ın heyətində 15 qola imza atan ispaniyalı Dani Kintananı arxada qoyub. 2011-ci ilin yayından indiyədək digər avropalı legionerlərdən heç biri bu qədər qol vurmayıb.
Daha çox qol vuran sonuncu avropalı legioner Georgi Adamiya olub. Gürcü futbolçu 2010/11 mövsümündə 18 dəfə fərqlənib.