- Baxış sayı: 190
- 03 İyun 2023 23:30
- Baxış sayı: 190
- İyun 03, 2023
- 0
Allsport.az xəbər verir ki, “A” seriyası təmsilçisi portuqaliyalı hücumçusu ilə yeni müqavilə imzalamaq üçün anlaşıb.
Tərəflər artıq şifahi razılığa gəliblər. Yeni müqavilədən sonra futbolçunun maaşı illik 5 milyon avro olacaq. Onun “qırmızı-qaralar”la hazırkı müqaviləsi 2024-cü ilin iyununa qədərdir.
Rafael Leau bu mövsüm “Milan”ın heyətində bütün turnirlərdə 36 oyuna çıxıb, 11 qol vurub və 8 qolun ötürməsini verib. O, ötən mövsüm “A” seriyasında mövsümün ən yaxşı oyunçusu seçilib.