Millətlər liqası üçün 26 futbolçu

Millətlər liqasında sentyabrın 22-də Trnava şəhərində Slovakiya və 3 gün sonra Bakıda Qazaxıstan futbolçuları ilə görüşlərdə Azərbaycan millisinin heyəti açıqlanıb. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Canni de Byazi 26 oyunçuya dəvət göndərib.

Qapıçılar: Şahrudin Məhəmmədəliyev (“Qarabağ”), Emil Balayev (“Səbail”), Səlahət Ağayev (“Qəbələ”)

Müdafiəçilər:  Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Toral Bayramov, Abbas Hüseynov, Elvin Cəfərquliyev (hamısı – “Qarabağ”), Qismət Alıyev (“Zirə”), Cəlal Hüseynov (“Şamaxı”), Amin Seydiyev (“Sabah”), Höccət Haqverdi (“Traktor”, İran), Anton Krivotsyuk (“Visla” Plosk, Polşa)

Yarımmüdafiəçilər : Riçard Almeyda, Filip Ozobiç (hər ikisi – “Qarabağ”), Aleksey İsayev, Elvin Camalov, Anatoli Nuriyev (“Sabah”), Eddi İsrafilov, Emin Mahmudov (“Neftçi”), Ozan Can Köyçü (“Eyndhover”, Niderland)

Hücumçular: Ramil Şeydayev, Musa Qurbanlı (“Qarabağ”), Renat Dadaşov (“Qrasshopper, İsveçrə), Mahir Əmrəli (“Dinamo” Zaqreb, Xorvatiya), Rüstəm Əhmədzadə (“Zirə”).

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish