- Baxış sayı: 36
- 16 Yanvar 2026 23:24
- Baxış sayı: 182
- Yanvar 15, 2026
- 0

AFFA-nın uşaq və gənclər üzrə yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.
Allsport.az xəbər verir ki, o, qadınlar arasında millətlər liqasının Şimali Makedoniya – Latviya oyununun UEFA nümayəndəsi olacaq.
“C” liqasının VI qrupunun III turu çərçivəsində keçiriləcək görüş aprelin 4-də Skopyedə yerləşən Şimali Makedoniya futbol federasiyasının məşq mərkəzində təşkil olunacaq.