- Baxış sayı: 18
- 13 May 2025 10:00
- Baxış sayı: 89
- May 12, 2025
- 0
Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan komandası ilk yoxlama görüşünü keçirib.
Allsport.az xəbər verir ki, U-16 Belarusun müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb.
Binə stadionunda təşkil olunan oyun Azərbaycan seçməsinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Milli komandanın heyətində qolları 44-cü dəqiqədə Ömər Kosayev və 59-cu dəqiqədə Ruslan Quliyev vurublar.
Azərbaycan və Belarus yığmaları mayın 11-də ikinci yoxlama görüşündə üz-üzə gələcəklər. Oyun saat 16:00-da Binə stadionunda baş tutacaq.