Milli Məclisin sədr müavini: Ağacan Abiyevin ölkə idmanının və elminin inkişafında böyük xidməti var

“Ağacan Abiyevin ölkə elminin və idmanının inkişafında böyük xidmətləri var. İdmanın, xüsusilə boksun ölkəmizdə tərəqqisi, kütləviləşməsi, bu idman növündə qazanılan uğurlarda onun xidmətləri danılmazdır. O, vətənə layiqli vətəndaş, hamıya örnəkdir. Ölkə başçısı onu növbəti dəfə təltif etdi. O yenə ayağa qalxıb Azərbaycana xidmət etməyə hazır olduğunu bildirdi. İdman ailəsi onunla fəxr edir”.

Allsport.az saytı xəbər verir ki, bunu milli olimpiya komitəsində Ağacan Abiyevin 85-illik yubileyi mərasimindən sonra Milli Məclis sədrinin müavini Adil Əliyev dedi. Onun sözünə görə, yubilyar ömrünü idmana, elmi-pedaqoji fəaliyyətə və yaradıcılığa həsr edib, uzun müddət Milli Məclisin deputatı, milli olimpiya komitəsinin baş katibi, Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyasının rektoru kimi çoxşaxəli fəaliyyətlə məşğul olub:

“Biz orta nəsil idman ictimaiyyəti Ağacan müəllim baxıb onun şərəfli yolunu davam etdirməliyik. Sevindiricidir ki, idmanda dediyimiz sözü 2-ci Vətən müharibəsində döyüş meydanında da təsdiqlədirk. Artıq qürurlu xalqıq. Biizm nümunəvi vətəndaşlarımız var. Onlardan çox şeyi öyrənməliyik. Hər sahədə ağsaqqal sözü böyüyə verilən dəyərdir”.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish