- Baxış sayı: 56
- 08 İyul 2025 17:52
- Baxış sayı: 181
- İyul 10, 2025
- 0
Gənclər və idman nazirliyi, şahmat federasiyasının təşkilatçılığı ilə 22 iyul – Milli mətbuat gününə idman jurnalistləri arasında şahmat turniri keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışın qaydasına görə, hər oyuna 10 dəqiqə vaxt ayrılmaqla, hər gedişə 5 saniyə əlavə edilib.
Yekunda Ceyhun Əliyev qalibi olub. İlkin Vidadioğlu və Faiq Tahirov müvafiq olaraq 2-3-cü yerləri tutublar. Saytımızın baş redaktoru Kamran Hacı öz qrupunda maksimum nəticə göstərib, sonda 4-cü olub.
İlk 3 sıradakılara diplom, 1-ci 6-lığa pul mükafatı təqdim olunub. Turnirin bütün iştirakçılarına təşkilatçılar tərəfindən hədiyyələr təqdim edilib.