Milli olimpiya komitəsinin icraiyyə komitəsinin iclasında orden və medallar sahiblərinə təqdim olunub

Allsport.az saytı xəbər verir ki, toplantıda çıxış edən qurumun vitse-prezidenti Çingiz Hüseynzadə, iştirakçıları gündəlikdə məsələlərlə tanış edib. Burada ilin idman yekunları, 2023-cü ilin idman tədbirləri haqda fikir mübadiləsi aparıldıqdan sonra MOK-un 30-illik yubiley tədbirləri haqqında xüsusi təqdimat iclas iştirakçılarının diqqətinə çatdırıb.

Cari məsələlərin müzakirəsindən sonra, dövlət tərəfindən verilmiş mükafatların təqdimatı keçirilib. Prezident İlham Əliyevin sərəncamı ilə MOK-un 30-illik yubileyi münasibəti ilə və idmanının inkişafında xidmətlərinə görə, Zemfira Meftəhəddinova, Rəfiqə Şabanova, Xəzər İsayev, Nazir Rəhimov “Azərbaycan Respublikası prezidentinin fəxri diplomu” ilə, Murad FərzəliyevMehman Kərimov “Tərəqqi” medalı ilə təltif olunublar.

Nazim HüseynovVaqif Əliyevə isə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilib. Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda idmanının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunan Ağacan Abiyev də təltifolunanlar sırasında idi.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish