Millidən qələbə

Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan komandası ilk yoxlama görüşünə çıxıb.

Allsport.az xəbər verir ki, U-16 Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Binə stadionunda təşkil olunan oyun yığmanın 3:2 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın heyətində qolları Nihat Hüseynzadə, Firdovsi Şeydayev və Cavidan Əlizadə vurublar.

Azərbaycan və Moldova komandaları iyunun 21-də eyni məkanda ikinci yoxlama görüşündə üz-üzə gələcəklər.

Həmin kateqoriyadan