Millilərin rəqibləri müəyyənləşib

7-8 iyun Kosovonun Priştina şəhərində 3×3 basketbol üzrə Avropa kubokunun (2025) təsnifat mərhələsinin oyunları baş tutacaq. Allsport.az xəbər verir ki, təsnifat oyunlarında həm kişi, həm də qadın millilər əsas mərhələyə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaqlar. Kişilərdən ibarət milli “B” qrupunda Kosovo, Malta seçmələri ilə, qadınlar “B” qrupunda Kosovo yığması ilə üz-üzə gələcək.
Kişilərdən ibarət yığma qrupda ilk oyununu 7 iyun Bakı vaxtı ilə 21:45-də Maltaya qarşı, ikinci oyununu 23:35-də Kosovo yığmasına qarşı keçirəcək. Qızlar isə qrupdakı yeganə oyunu 7 iyun saat 23:10-da Kosovo seçməsinə qarşı baş tutacaq.

Yalnız təsnifat mərhələsinin qalibi Avropa kubokunun (2025) əsas mərhələsində iştirak etmək hüququ qazanacaq.

Həmin kateqoriyadan