Millimiz ardıcıl 3-cü qələbə ilə 1/4 finala adlayıb

Kişi basketbolçulardan ibarət 3×3 komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam həmrəyliyi oyunlarında ardıcıl 3-cü qələbəsini qazanıb.

Allsport.az saytı xəbər verir ki, milimiz Mərakeşi 18:11 üstələyib və 1/4 finala vəsiqəni təmin edib.

Sudanla qrupdakı son matçı rəqibin oyuna gəlməməsi üzündən baş tutmayacaq və rəqibə texniki məğlubiyyət veriləcək.

Xatırladaq ki, basketbolçularımız əvvəlki oyunlarında Maliyə 18:15, Türkiyəyə 21:12 qalib gəlib.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish