- Baxış sayı: 35
- 07 Sentyabr 2024 23:23
- Baxış sayı: 80
- Sentyabr 07, 2024
- 0
Cənubi Afrika Respublikası paytaxtı Keyptaunda Dünya Hokkey Liqasının 2-ci raundu keçirilib. Allsport.az saytı xəbər verir ki, kişilərdən ibarət millimiz 5-8-ci yerlər uğrunda mübarizə Çex Respublikası ilə qarşılaşıb.
Qrupda keçirilən matçda rəqibini penaltilərlə üstələyən yığmamız, qələbə seriyasını ardını gətirə bilməyib. Slavyanlar otüstü hokkeyçilərimizi böyük hesabla məğlub ediblər – 6:2. Bizdən qolları Əli Şahbaz (33-cü dəqiqə) və Fətulla Rzaxanov (43) vurub.
7-8 yer üçün görüşdə seçmə komandamız belaruslu həmkarları ilə üz-üzə gəliblər. Bu matçda millimiz yaxşı təsir bağışlayıb və şimallıara 4:2 qalib gəlib. Salam Xalib (35, 45, 47) het-trik edib. Əli Xalib 33-cü dəqiqədə fərqlənib. Maraqlıdır ki, qrup oyununda rəqib otüstü hokkeyçilərimizi 4:3 üstələmişdi.