Millimiz FİBA reytinqinə dönüb: Dünyada 113-cü, Avropada 45-ci

Kişi basketbol millilərinin FİBA reytinqi açıqlanıb. Allsport.az saytı xəbər verir ki, cədvəldə 164 komandası yer alıb. Azərbaycan seçməsi 13 aylıq fasilədən sonra siyahıya qayıdıb.

Heç bir rəsmi matç keçirmədiyi üçün ötən ilin avqustunda cədvəldən kənarlaşdırılan yığmamız, bu fəaliyyətsizliyinə son verdikdən sonra əmsala daxil edilib. Aleksandar Trifunoviçin komandası Maltada kiçik ölkələrin Avropa çempionatında çıxış edib.

Hesabında 78,5 xal olan millimiz dünyanın 113-cü komandasıdır. Avropa ölkələri arasında 45-cidir.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish