Millimiz İsrailə yollanır

Azərbaycanın 3X3 basketbol millisi Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək. Allsport.az xəbər verir ki, Təl-Əvivdə keçiriləcək turnir iyunun 25-də start götürəcək.

2 gün davam edəcək seçmə mərhələ oyunlarında 16 komanda Avropa çempionatına vəsiqə uğrunda qüvvəsini sınayacaq. Sonda 4 kollektiv həlledici raunda yüksələcək.

İsraildəki seçmə mərhələdə Azərbaycanla yanaşı, meydan sahibləri, Polşa, Çex Respublikası, İsveçrə, İspaniya, Almaniya, Avstriya, Belçika, Türkiyə, Portuqaliya, Xorvatiya, Yunanıstan, Andorra və Monteneqro yığmaları mübarizə aparacaq. Avropanın digər 16 yığması isə 26 – 27 iyunda Rumıniyadakı seçmə mərhələdə iştirak edəcək.

Avropa çempionatı bu il 10 – 12 sentyabrda Fransanın paytaxtı Parisdə təşkil olunacaq.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish