- Baxış sayı: 34
- 06 Fevral 2025 17:54
- Baxış sayı: 115
- Fevral 05, 2025
- 0
İsrailin Hayfa şəhərində keçirilən sambo üzrə yeniyetmə, gənclər və böyüklər arasında Avropa çempionatı başa çatıb.
Allsport.az xəbər verir ki, Azərbaycan sambo federasiyasından verilən məlumata görə, millilərimiz yarışı 9 medalla başa vurub. Bunlardan 2-si gümüş və 7-si bürünc medaldır.
Belə ki, gənc samboçularımızdan Sahib Babayev (58 kq), Səməd Şıxıyev (79 kq) və Məhəmməd Məmmədzadə (98 kq) bürünc, yeniyetmə idmançılarımızdan Elsevər Verdiyev (64 kq) gümüş və Amin İsmayılov (53 kq) bürünc medal qazanıb.
Daha əvvəl böyüklərdən Mirfəttah Seyidəliyev (64 kq) gümüş, Mehman Xəlilov (58 kq), Hacalı Qasımov (71 kq) və Ceyhun Hüseynov (88 kq) isə bürünc medal əldə etmişdilər.