- Baxış sayı: 43
- 19 Mart 2023 17:34
- Baxış sayı: 22
- Mart 20, 2023
- 0
Bakıda həndbol üzrə kişi komandalar arasında Avro-2026-nın ilkin seçməsi sona yetib. Allsport.az xəbər verir ki, millimiz bu gün sonuncu – 3-cü turda Kipr ilə qarşılaşıb. Görüş rəqibin 32:23 qələbəsi ilə başa çatıb.
Qrupun digər oyununda Böyük Britaniya Maltanı 44:14 hesabı ilə məğlub edib.
Azərbaycan qrup mərhələsini 2 xalla 3-cü pillədə başa vurub. Böyük Britaniya 5 xalla 1-ci yeri tutub. İngilislər top fərqinə görə Kipri üstələyiblər.