- Baxış sayı: 39
- 11 Fevral 2025 17:54
- Baxış sayı: 96
- Fevral 10, 2025
- 0
Cənubi Afrika Respublikası paytaxtı Keyptaunda Dünya Hokkey Liqasının 2-ci raundu başlayıb. Allsport.az saytı xəbər verir ki, kişilərdən ibarət millimiz «B» qrupunda ilk görüşdə fransalı həmkarları ilə qarşılaşıb. Otüstü hokkeyçiləmizi daim basqı altında saxlayan rəqib, 4 cavabçsız top vurub. Sabah seçmə komandamız Belarusla oynayacaq.
İlkin mərhələ başa çatdıqdan sonra, 1/4 final başlayacaq. Martın 12-də hər qrupun qalibi digərində 4-cü yeri tutan milli komanda ilə görüşəcək. 2-ci pilləni tutanlar isə, digər qrupun 3-cüsü ilə üz-üzə gələcəklər. Daha sonra çərək finalın qalibləri ayın 14-də yarımfinalda qarşılaşacaqlar.
Bürünc medal və final oyunu ertəsi gün baş tutacaq. Həlledici matça vəsiqə qazananlar Dünya Hokkey Liqasının 3-cü raunduna birbaşa vəsiqə qazanacaq.