- Baxış sayı: 24
- 25 Mart 2025 14:53
- Baxış sayı: 36
- Mart 24, 2025
- 0
Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında növbəti oyununu keçirib.
Allsport.az xəbər verir ki, Elşad Quliyevin komandası ikinci turda bu gün Misirlə qarşılaşıb və 4:1 hesablı qələbə qazanıb.
Azərbaycan millisinin qollarını Rəvan Kərimov (2), Seymur Məmmədov və Təmkin Xəlilzadə vurublar. Bu qələbə ilə Azərbaycan yığması növbəti mərhələyə vəsiqə qazanıb.
İlk oyunda İraqı 2:0 hesabı ilə məğlub edən Azərbaycan millisi oktyabrın 31-də Küveytlə qarşılaşacaq.