- Baxış sayı: 38
- 24 Aprel 2025 20:32
- Baxış sayı: 57
- Aprel 25, 2025
- 0
Kişi boksçulardan ibarət millimizin növbəti təlim-məşq toplanışına start verilib. Allsport.az xəbər verir ki, baş məşqçi Umberto Orta Dominqesin rəhbərliyi ilə bir araya gələn yığma hazırlığı Bakı boks mərkəzində keçir.
Gündə 2 dəfə məşq edən komandanın düşərgəsinə 21 boksçu dəvət olunub. Bu gün başlayan toplanışın ilkin mərhələsi dekabrın 9-dək nəzərdə tutulub.
Yığma ardınca məşqləri Abşeron olimpiya idman lompleksində davam etdirəcək. Burdakı hazırlıq isə dekabrın 9-27-də gerçəkləşəcək. Baş məşqçi ardınca komandaya 4 günlük istirahət verməyi planlaşdırır.