- Baxış sayı: 36
- 29 Sentyabr 2023 11:23
- Baxış sayı: 31
- Sentyabr 29, 2023
- 0
Kişilərdən ibarət milli komandamızın mərkəz həndbolçusu Oleq Georgiyevskinin Türkiyə Super Liqasında forma geyindiyi «Trabzon Ağçabaat Tütün» növbəti matçını keçirib. Allsport.az saytı xəbər verir ki, qara dənizlilər 7-ci turda səfərdə «Göztəpə» ilə qarşılaşıb.
Üstün oyun nümayiş etdirən ev sahibləri rəqibini 9 top fərqi ilə üstələyiblər – 35:26. «Trabzon Ağçabaat Tütün» 6 görüşdən sonra 4 xalla yarış cədvəlində 11-ci sırada qərarlaşıb.