Millimizin hücumçusu “ən yaxşı transferlər” siyahısında

İsveçrənin sport.ch saytı superliqada bu yay ən yaxşı 11 transferin siyahısını təqdim edib. Allsport.az xəbər verir ki, siyahıda millinin futbolçusu Renat Dadaşov da yer alıb. Həmvətənimiz bu yay İngiltərənin “Vulverhempton” klubundan “Grasshoper”ə transfer olunub. O, İsveçrə çempionatında cari mövsümdə 3 qol vurub, 1 qol ötürməsi verib.

Qapıçı: Haynz Lindner (“Sion”)

Müdafiəçilər:  Kassem Nuhu, Arnai Komas (hər ikisi “Bazel), Daouda Guindo (“Sankt Qallen”), Numa Lavanşi (“Sion”)

Yarmmüdafiəçilər: Tsiy Ndenge (“Qrasshopper”), Niki Beloko (“Lütsern”) Denis Poha (“Sion”) Pius Dorn (“Lütsern)

Hücumçular: Sedrik İtten (“Yanq Boyz”), Renat Dadaşov (“Qrasshopper”)

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish