Millimizin hücumçusu “dəmirçilər”ə qələbə qazandırdı

İsveçrə superliqasının 16-cı turunda “Qrasshopper” evdə “Bazel”ə 1:0 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, millimzin futbolçusu Renat Dadaşov start heyətdə meydana çıxıb və 67-ci dəqiqədə əvəzlənib.

O, 34-cü dəqiqədə komandasının yeganə qolunu vurub. Bu, 23 yaşlı hücumçunun cari mövsümündə 4-cü qolu olub.

Sürix təmsilçisi 20 xalla 10 komanda arasında 7-ci pillədədir.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish