Millimizin hücumçusu İsveçrə superliqasında 3-cü qolunu vurub

İsveçrə superliqasının 5-ci turunda “Qrasshopper” səfərdə “Syon”la 2:2 edib. Allsport.az saytı xəbər verir ki, millimizin üzvü Renat Dadaşov 46-cı dəqiqədə mübarizəyə qoşulub.

Hücumçumuz 63-cü dəqiqədə komandasının 2-ci qolunu vurub. Bu, onun İsveçrə çempionatında 3-cü topu olub. 

“Dəmirçilər” hazırda 9 xalla 10 komanda arasında 3-ci pillədə qərarlaşıb.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish