- Baxış sayı: 21
- 09 Oktyabr 2024 15:46
- Baxış sayı: 58
- Oktyabr 08, 2024
- 0
Zaqreb “Dinamo”sunda azərbaycanlı futbolçusu Mahir Əmrəli yenidən sıradan çıxıb.
Allsport.az saytı xəbər verir ki, o, Xorvatiya çempionatının 3-cü turunda “İstra 1961″ə 4:1 hesabı ilə qalib gəldikləri matçdan sonra, belində olan ağrıları yenidən hiss edib.
Bu səbəbdən onun çempionlar liqasının 3-cü təsnifat mərhələsində Bolqarıstan “Ludoqorets”i ilə ilk oyunu buraxacağı bildirilib.
Millimizin hücumçusu “İstra 1961” ilə görüşlə yenidən yaşıl meydanlara qayıtmışdı və komandasının 4-cü qolunun müəllifi olmuşdu.