VİDEO
Millimizin keçmiş gimnastı diqqəti yenidən üzərinə çəkdi – “Sosial məsafə saxlayın”

Azərbaycanlı keçmiş bədii gimnast Samirə Mustafayeva sosial hesabında yalnız cəlbedici fotolarını paylaşmır. Allsport.az xəbər verir ki, xanım idmançı izləyicilərində təbəssüm yaratmaq üçün maraqlı videorçarxlar yerləşdirir.

27 yaşlı gimnast koronavirus pandemiyasına görə insanları sosial məsafə saxlamağa çağırıb. O, bununla bağlı maraqlı video paylaşıb. Mustafayeva videonu “Xeyr, xeyr, xahiş edirəm, sosial məsafə saxlayın” başlığı ilə yerləşdirib.

Samirənin “Instagram”da 734 min izləyicisi var. O, 2 il öncə Fransanın Riviera sahillərində yerləşən Sent-Anes bölgəsində rusiyalı zəngin iş adamı Nikolay Kondratyukla nikah bağlayıb.

Həmvətənimiz 2 dəfə komanda yarışında dünya çempionatının bürünc medalçısıdır. O, 2013-cü ildə peşəkar karyerasına son verib.

View this post on Instagram

No, no, keep social distance, please 😫😂

A post shared by Samira Mustafaeva (@samira__mustafaeva) on

Həmin kateqoriyadan