- Baxış sayı: 67
- 14 Aprel 2023 21:24
- Baxış sayı: 37
- May 28, 2023
- 0
Türkiyə PTT 1-ci liqasında 24-cü tura start verilib. Allsport.az хəbər verir ki, yığmamızın sabiq müdafiəçisi Ufuq Budağın komandası – “Qaziantep BB” də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Şanlıurfaspor”la qarşılaşıb. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ufuq start heyətində yer alıb və 63 dəqiqə oynayıb. O, 39-cu dəqiqədə sarı vərəqə almaqla da diqqət mərkəzinə düşüb.
Qeyd edək ki, “Qaziantep BB” hazırda 29 хalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.