- Baxış sayı: 29
- 01 Dekabr 2023 23:41
- Baxış sayı: 39
- Dekabr 01, 2023
- 0
Türkiyə PTT 1-ci liqasında 14-cü turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq müdafiəçisi Ufuk Budağın komandası – “Qaziantep BB” də növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə “Adanaspor”la qarşılaşıb. Matç qazianteplilərin 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Budaq sonadək mübarizə aparıb.
Qeyd edək ki, “Qaziantep BB” hazırda 21 xalla 8-ci pillədə qərarlaşıb.