Millinin baş məşqçisi: “Doğma meydançada oynamaq bizə böyük üstünlükdür”

Kişi voleybol millisi Avropa çempionatının təsnifatına və İslam həmrəyliyi oyunlarına hazırlığı davam etdirir. Allsport.az saytı xəbər verir ki, komandanın baş məşqçisi Pərviz Səmədov durmu belə dəyərləndirib:

“Mayda start verdiyimiz hazırlıq istədiyimiz kimi – plana uyğun gedir. İlk olaraq geniş heyətlə fiziki və texniki məşqlərimiz oldu. Ardınca isə yoxlama matçları oynadıq. Sınaq görüşlərindən razı qaldım. Keçirdiyimiz hər qarşılaşmada daha yaxşı oyun göstərə bildik. Bu gün oyunçularımız özlərinin ən yaxşı formalarındadırlar.

Bir həftədən sonra ilk rəsmi matçımıza çıxacağıq. Hazırda son məşqlərimizi edirik. Danimarka və ardınca Türkiyə millisi ilə qarşılaşacağıq. İlk oyunlarımızı Bakıda, doğma meydançada oynamaq bizim üçün böyük üstünlükdür. İnanıram ki, azarkeşlərimizin də dəstəyi ilə bu matçlarda uğurlu çıxış edəcəyik.

Düşünürəm ki, komandam öz oyununu göstərə bilsə, həm Avro-2023-ün təsnifat mərhələsində, həm də İslamiadada yüksək nəticələr əldə edə bilərik.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish