- Baxış sayı: 45
- 07 Noyabr 2025 23:34
- Baxış sayı: 137
- Noyabr 07, 2025
- 0

17 yaşadək futbolçulardan ibarət Azərbaycan komandasının heyətində dəyişiklik baş verib.
Allsport.az xəbər verir ki, “Neftçi”nin qapıçısı Nurəziz Əzizov Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Fransa yığması ilə keçiriləcək oyunöncəsi məşqdə zədələndiyi üçün U-17-nin heyətindən çıxarılıb. Onun əvəzinə “Marcet”in (İspaniya) üzvü Ramal Qəmbərov millinin düşərgəsinə qoşulub.
U-17 bu gün seçmə mərhələnin ilk oyununda Fransanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Kapbreton şəhərində yerləşən “Bourret” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.