- Baxış sayı: 25
- 18 Mart 2025 13:54
- Baxış sayı: 82
- Mart 16, 2025
- 0
Azərbaycan komandasının martın 22-də Haiti və martın 25-də Belarus yığması ilə keçirəcəyi yoldaşlıq oyunlarının hakim təyinatları müəyyənləşib.
Allsport.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Haiti ilə baş tutacaq görüşü Türkiyədən, “Bank Respublika Arena”da Belarusla təşkil olunacaq qarşılaşmanı isə Gürcüstandan olan baş hakim idarə edəcək.
Hər iki matç saat 21:45-də başlayacaq.
22 mart
Azərbaycan – Haiti
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. Saat 21:45
Baş hakim: Qədir Sağlam (Türkiyə)
Baş hakimin köməkçiləri: Dəniz Canər Özaral, Anıl Usta (hər ikisi Türkiyə)
Dördüncü hakim: Fərid Hacıyev (Azərbaycan)
25 mart
Azərbaycan – Belarus
“Bank Respublika Arena”. Saat 21:45
Baş hakim: Aleko Aptsiauri (Gürcüstan)
Baş hakimin köməkçiləri: Davit Axvlediani, Davit Qabisonia (hər ikisi Gürcüstan)
Dördüncü hakim: Tural Qurbanov (Azərbaycan)