Millinin üzvlərinə danışılmış oyunlarla bağlı seminar 

Latviyada təşkil edilən Avropa çempionatının seçməsində iştirak edən U-17 millinin üzvlərinə “Zoom” platforması üzərindən danışılmış oyunlarla bağlı seminar keçirilib.

Allsport.az saytı xəbər verir ki, UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli “Futbol ictimaiyyəti olaraq  danışılmış oyun və ya oyun manipulyasiyası haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi və futbolumuzu qorumaqdır” mövzularında mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib.

Toplantıda “Danışılmış oyunlar”a qarşı mübarizə mövzusunda olduqca əhəmiyyətli məsələlər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb, yerli və beynəlxalq nümunələr iştirakçılarına təqdim edilib. 

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish